Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.
Qaziler.az APA-ya istinadla xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.
Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova üçgünlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.
Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.
Meyitin tapılması istiqamətində tədbirlər görülür.
Faktla bağlı araşdırma aparılır.



