Zaqatala sakini sanatoriyada ölüb

Zaqatala sakini sanatoriyada ölüb backend

Naftalanda sanatoriyada ölüm hadisəsi olub.

Oxu.Az xəbər verir ki, hadisə Naftalan şəhərində yerləşən sanatoriyaların birində qeydə alınıb.

Belə ki, sanatoriyada istirahət edən Zaqatala rayon sakini, 1959-cu il təvəllüdlü İ.Murtuzovun qəfildən halı pisləşib.

Əraziyə təcili tibbi yardım briqadası çağırılsa da, onun vəfat etdiyi məlum olub.

İlkin məlumata əsasən, İ.Murtuzov ürək çatışmazlığından dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.