Sabah Salyan şəhərinin bir hissəsində qaz təchizatı dayandırılacaq.
Qaziler.az xəbər verir ki, bu barədə Salyan Rregional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, məqsəd Salyan şəhər mərkəzində yerləşən "Şahmat" məktəbinin təbii qazla təmin edilməsidir.
Bu səbəbdən noyabrın 25-i saat 09:30 radələrindən etibarən işlər başa çatanadək şəhər mərkəzinin bir hissəsində (ümumi 3981 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.



