Qadın sürücülər hansı marşrut xətləri üzrə avtobusları idarə edəcəklər?

Qadın sürücülər hansı marşrut xətləri üzrə avtobusları idarə edəcəklər? backend

"Qadın sürücülər ilkin mərhələdə 140 və 121E ekspres marşrut xətləri üzrə fəaliyyət göstərəcəklər".

Qaziler.az oxu.az-a istinadən xəbər verir ki, bunu "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva jurnalistlərə açıqlamasında deyib.

Qadın sürücülər hansı marşrut xətləri üzrə avtobusları idarə edəcəklər?

"İşə qəbul prosesində namizədlər tibbi müayinədən, psixoloji qiymətləndirilmədən və təhlükəsizlik üzrə uyğunluq yoxlamasından keçirilib və rəsmi şəkildə "BakuBus" MMC-də işə qəbul olunublar. Sürücülərimiz keçdikləri təlimlər nəticəsində bu məsuliyyətli peşəyə yiyələnməyə tam hazırdırlar. Xanımlarımız bütün sahələrdə olduğu kimi ictimai nəqliyyatda sürücü kimi də məsuliyyət və peşəkarlıq nümayiş etdirəcəklər", - deyə Ə.Əliyeva bildirib.