On ayda pensiya ödənişlərinə 5 mlrd. 920 mln. manat vəsait yönəldilib

On ayda pensiya ödənişlərinə 5 mlrd. 920 mln. manat vəsait yönəldilib backend

Bu ilin 10 ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 516 mln. manat və ya 10 faiz çox olmaqla 5 mlrd. 920 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyaların 8,1 faiz indeksləşdirilərək artırılması, fevralın 1-dən minimum pensiyanın 14,3 faiz artımla 280 manatdan 320 manata çatdırılması təmin edilib.

Yanvar-oktyabr aylarında 35 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 173 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.