Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev azərbaycanlı ictimai fəal Tağı Tağıyev və "Manqistau vilayəti Azərbaycanlıları Assosiasiyası" İctimai Birliyinin üzvü, diaspor fəalı Elmir Şahsuvarovu təltif edilib.
"Report"un məlumatına görə, T.Tağıyev Qazaxıstanda gördüyü xeyirxah işlərinə görə "İlin adamı" adına layiq görülüb.
Elmir Şahsuvarov isə Qazaxıstanda məsənnətçiliyin və xeyriyyəçilik fəaliyyətinin inkişafına verdiyi töhfəyə görə Qazaxıstan Xalqları Assambleyasının "Jomart Jan" fərqlənmə nişanı ilə təltif edilib.
Qeyd edək ki, Tağı Tağıyev Azərbaycan əməkdar incəsənət xadimi aktyor Zirəddin Tağıyevin oğludur.



