Qarabağda tikilən evlərlə bağlı yayılan iddialara Rey Kərimoğlundan CAVAB

Qarabağda tikilən evlərlə bağlı yayılan iddialara  Rey Kərimoğlundan CAVAB backend

“Neçə vaxtdır bəziləri (onların içində tanıdığım və hörmət etdiyim şəxslər də var) yazırlar ki, işğaldan azad edilmiş Qarabağda fərdi yaşayış evlərinin birini 160-210 min manata tikirlər. Əslində bu, doğru deyil. Çünki qüsurlu hesablama aprılır”.

Qaziler.az xəbər verir ki, bu fikirləri “Qarabağ qaziləri” İctimai Birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu şəxsi feysbuk səhifəsində paylaşıb. O qeyd edib ki, məlumatı yayan şəxslər kəndin tikintisi üçün ayrılan ümumi vəsaiti tikilən evlərin sayına bölürlər. Sonra da alınan rəqəmi bir mənzilin tikintisi üçün çəkilən xərc kimi göstərirlər.

“Kəndin tikintisi üçün ayrılan ümumi vəsaiti bölürlər tikilən evlərin sayına. Alınan rəqəm, guya, mənzilin birinin tikintisi üçün çəkilən xərc kimi təqdim edilir. Ona görə də elə fantastik rəqəmlər görünür. Əslində isə kənddə məktəb, uşaq bağçası, poçt, tibb məntəqəsi, məişət evləri, digər vacib binaların tikintisini, asfalt yolların çəkilməsini və başqa infrastruktur xərclərini nəzərə almırlar. Əslində mənzillərin tikintisinə bəzilərinin yazdığı qədər çox vəsait ayrılmır. O rəqəm, yenə deyirəm, kəndin salınması və mənzillərin tikilməsi üçün ayrılan ümumi rəqəmdir. Mənə verilən məlumatlarda 40 min manatdan 85 min manata qədər dəyişir.

P.S.: Mən o fikirdə deyiləm ki, bu prosesdə hansısa dələduz pul oğurlamır. Təəssüf ki, bu hallar istisna deyil. Çünki bura Azərbaycandır. Amma mən mənzillərin real tikilməsi qiymətindən yazmaq istədim”.

QAZİLER.AZ