NATO-nun mənzil-qərargahında "Xeyriyyə bazarı" təşkil olunub.
"Report" xəbər verir ki, tədbirdə Azərbaycanın NATO yanında Nümayəndəliyi, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin NATO-nun Hərbi Komitəsi yanında Hərbi Nümayəndəliyi də iştirak edib.
Bildirilib ki, 38 ölkənin qatıldığı mərasimdə Azərbaycanın milli məhsullarından ibarət stendi və milli mətbəxi nümayiş etdirilib.
Tədbiri NATO-nun Beynəlxalq Qərargahının və Beynəlxalq Hərbi Qərargahının yüksək vəzifəli şəxsləri, müttəfiq və tərəfdaş dövlətlərinin Alyans yanında səfirləri və hərbi nümayəndələri, o cümlədən digər qonaqlar ziyarət ediblər.



