Altay Göyüşov Baş Prokurorluğa çağırılıb

Altay Göyüşov Baş Prokurorluğa çağırılıb backend

Altay Göyüşov Azərbaycanın Baş Prokurorluğuna çağırılıb.

Qaziler.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.

Bildirilib ki, 1965-ci il təvəllüdlü Göyüşov Altay Rəşid oğlu bu il noyabrın 21-də, saat 12:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.

Belə ki, onun barəsində Azərbaycanın Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar təkrar törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib. İstintaq orqanından qaçıb Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün ittiham elan edilməsi ilə əlaqədar həmin tarixdə barəsində axtarış elan edilib və Bakı şəhəri, Binəqədi Rayon Məhkəməsinin eyni tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

Belə ki, Altay Göyüşovun 20 aprel 2020-ci il tarixdə qeyriləri ilə birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və mövcud fəaliyyət göstərən hakimiyyətə qanunsuz, yəni zor tətbiqi yolu ilə çıxmağa təşviq etməsinə və Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar etməsinə, eləcə də bu cür məzmunlu çağırışları internet platformalarında yaymasına əsaslı şübhələr müəyyən edilib.