Almaniyaya səfərim zamanı çox maraqlı insanla tanış oldum. O, ixtisasca həkimdi. Azərbaycanı elə ürəkdən sevir ki, adını belə çəkəndə göz yaşlarını saxlaya bilmir. Onu bir qədər də yaxından tanıyaq.
İlk dəfə Almaniyanın Bonn şəhərində Azərbaycan bayrağının dalğalanmasında xüsusi əməyi olan, 30 il "Ana Dili" qəzetini yayımlayan bu şəxs Nurəddin Gharevidir(Qarevi). O, 1945-ci il aprel ayının 4 -də Təbrizdə anadan olub. Hələ orta məktəb dövründən siyasətlə, xususilə Azərbaycan məsələsilə maraqlandıgı üçün polis təqibinə məruz qalıb və Xll-ci sinifdən Təbrizi tərk etmək məcburiyyətində qalıb. Tehranda gizli yaşayıb, sonra təkrar Təbrizə qayıdıb. Adını hərbi xidmətə yazdirib Xorasanda bilim ordusunda müəllim olaraq işləyib,
2 il sonra Təbrizə qayıdıb çox çətinliklə ölkəni tərk edərək Almaniyaya gedib. Daha sonra Türkiyədə İstanbul Dövlət Universitetinin diş həkimliyi üzrə fakultəsini bitirib. Nurəddin bəy deyir ki, onun tələbəlik dövrü Türkiyənin siyasi baxımdan çalxantılı dövrünə təsadüf edib: "Bu dövrdə mən tam siyasi şəkildə o zamankı bütün Türkiyə mətbuatı və siyasi qurumları ilə çalışmışam. O dövrdə mənim yaşadıqlarım neçə min səhifədir .
Mən Behrənginin kitablarını da Türkiyə türkçəsinə çevirmişəm. Orada 1976 - cı ilin əvvələrində gizli polis tərfindən tutulub “Qeyrət təpə” dusdağında bir həftə saxlanılmışam. Orada muayinəxana açdığım halda, məcburən Türkiyəni tərk edib Almaniyada böyük qardaşımın yanına gəldim. 1976 - cı ilin 6 - cı ayında Bonn universitəsində elmi işçı olaraq çalışmağa başladım. 1981 - ci ildə Doktor elmi dərəcəsini aldım və bu tezisim kitab olaraq Almaniyada yayımlandı. Həmən sonra Dosentlik tezisim haqqinda arasdırma aparmaga başladım və rasta elektron mikroskopunda diş kökü çirklənməsinin nədən davam etdiyini arasdırdım. Dosentlik tezisimi 1987 - ci ildə müdafiə etməyə çalışdıqda “sən bir xarici oldugunu bilməlisən ” “niyə professror olmaq istəyirsən ” “sənin yetəri qədər məqalələrin var”- dediler. Bu mənə agır geldi. Universiteti təhqirə görə məhkəməyə versəm də, bu rəsmi dövlət işçiliyindən istefa verdim. Bu arada Almaniyada ilk privat Universitet açılması düşünülürdü. Bu universitetin qurucusu və rektoru Prof. Schili və mənim bu universitetin diş həkimliyi bölümünün quruculugunda yardımçı olmamı istədi və məni qurucu heyətinə götürdü. İstər tələbələrin yetişdirilməsində, istər fakultənin idarəçiliyində əlimdən gələni əsirgəmədim. Bu gün bu Universitet (University of Witten) Almaniyanın tanınmış universitetlərindən sayilir. 2 il yarim sonra Witten universitetindən ayrılıb (1989) öz muayinəxanamı açmısam. O tarixdən indiyə qədər öz muayinəxanamda fəaliyət göstərirəm".
Göründüyü kimi, Nurəddin bəy işi- gücü, yüksək mövqeyi yerində olan bir insandır. Amma bütün bu elmi çalışmaların yanında ikiyə bölünmüş Azərbazcan problemi onu rahat buraxmır, "uşaqlıqdan mənim üçün milli bir problem olmuşdur" -deyir .
O, 1984- cü ildə Almaniya və Avropa ölkələrində Azərbaycan kültür ocaqlarının qurucusu olub . Onların toplantısında hələ Azərbaycan müstəqil dövlət olmadan Azərbaycanın bugunki bayrağı dalgalanıb və Azərbaycan müğənnlilərindən Lutfiyar İmanov, Zeyneb xanım Xanlarova orada iştirak ediblər . Hətta böyük Şəhriyarın doğum gunu Zeynəb xanım onun şərəfinə xususi çıxış edib.
"Ana dili" qazetəsini 30 il yayınlamışam. Bu qəzet butun dunya Azərbaycanlılarına paylanılıb və hətta quzey Azərbaycanda paylanmasını hormətli Abbas Zamanov üzərinə göturmüşdu. İlk dəfə olaraq 1987, 1988- ci illərdə Bakiya dəvətli olaraq gəlmişdim. Orada Yazıcılar İttifaqinda və radio- televiziyada çıxışlarım olmuşdur. Mənimlə sıx əlaqəsi olan şəxsler Suleyman Rustəm, Bəxtiyar Vahabzadə, Bəxtiyar Uluturk, Nəbi Xəzri və başqaları, guneydən isə Balaş Azəroglu, Həkimə Billuri, Mədinə Gülgün və Zöhrab Tahir kimi şəxlər olmusdur. Siyasətcilərdən Əbülfəz Elçibəy və Heydər Əliyev cənablarıyla yaxın olmuşuq. Heydər Əliyevin hakimiyyətə gəlməsinin 100- cu günü mən "əsgər əmi" səsi ilə Azərbaycana gəlib 4 saata qədər Prezident Aparatında Heydər müəllimlə görüsüb cəbhəyə getmək istəyimi ona bildirmişdim. Bu gəlişimdə qaçqınlar üçün 500 kq dərman gətirmişdim və onlar uçun Avropda 75 ton geyim toplamışdıq. Bu məsələni Heydər Əliyevə bildirəndə Azal təyyarələrinin bunları daşımaga imkanı olmadığını öyrəndim. Mən Almaniyanın "Zamarita Bund Xeyriyyə cəmiyəti" vasitəsilə onları Azərbaycana göndərib qaçqinlar arasında paylanmasını təşkil etdim ".
Nureddin bəy onu da bildirir ki, Azərbaycanın Almaiyada səfirliyinin açilmasinda boyuk rolu olub .
" Bu məsələni hörmətli Heydər müəllimlə danışmısdım. Və ilk səfirlik mənim evimin 10 metr yaxınlığında açlldı. Hətta bu səfirliyin açılışında mən və doktor Gitifər tərəfindən səfirliyə 15 metirlik səfəvi motivli xalça bagışlandı. Azərbaycanımızda olub - keçənlər davamlı olaraq mənim yazılarımda özünü əks etdirməkdədir. Bu mənim həyatımın təfərruata getmədən qısa bir hissəsinin təsviridir.Harda olsam, mənim həyatım Azərbaycanla baglıdır və ömrümün qalan hissəsində də əlimdən gələni Azərbaycan uçun etməyə təmənnasız hazıram."
Azərbaycan sevdalısı Nureddin bəyi dinləmək mənə o qədər qürur, iftixar, doğmalıq hissi, biraz da kövrəklik yaşatdı ki... Var olun, Nureddin bəy, sizin nümunə ola biləcək bir sevdanız var - Azərbaycan sevdası...
Səriyyə MÜSLÜMQIZI,
Erməni Təavüzünün Tanıdılması İB-nin sədri



