Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işləri 68%-ə çatıb

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində tikinti işləri 68%-ə çatıb backend

Zəngəzur dəhlizinə gedən Horadiz-Ağbənd dəmiryol xəttində layihələndirilmə 85%, tikinti isə 68% tamamlanıb.

Trend xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, “Böyük Qayıdış”ı və onun daha böyük regional təsirini səciyyələndirən bu meqalayihə üzrə 8 stansiya, 22 körpü, 2 böyük tunel, ümumilikdə 550-dən çox mühəndis qurğusu inşa olunur.

"Bu xətt həm Qarabağ və Şərqi Zəngəzurun iqtisadi inkişafına təkan verəcək, həm Naxçıvanın nəqliyyat blokadasını sona çatdıracaq, həm də Avropa və Asiyanı birləşdirən növbəti “dəmir köprü” olacaq", - məlumatda qeyd olunub.