Kreml hələlik Rusiya prezidenti Vladimir Putinin Hindistana səfərinin tarixini elan edə bilmir. Bu məlumat daha sonra açıqlanacaq,
Qaziler.az bildirir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov noyabrın 12-də bildirib.
"Biz bunu vaxtında elan edəcəyik", - TASS onun sözlərini sitat gətirib.
Elə həmin gün Yeni Dehlidə keçirilən Rusiya-Hindistan Forumunun təşkilatçısı "Rosconqress" öz saytında tədbirin tarixlərini açıqlayıb.
Qeyd olunub ki, forum bu ilin 4-5 dekabr tarixlərində keçiriləcək.
QAZİLER.AZ



