Bakı-Qazax yolunda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib

Bakı-Qazax yolunda avtomobillərin hərəkət istiqaməti dəyişdirilib backend

Bakı-Qazax yolunda təmir səbəbindən avtomobillərin hərəkət istiqaməti dəyişdirilib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Qeyd edilir ki, Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 15-117-ci kilometrlik hissəsində bir müddətdir ki, təmir işləri icra olunur. Bununla əlaqədar hərəkət istiqaməti mərhələli şəkildə müvəqqəti dəyişdirilir.

Müvəqqəti dəyişiklik təmir işləri başa çatanadək qüvvədə olacaq. Tikinti aparılan ərazidə nəqliyyatın hərəkəti əks istiqamət üzrə ikitərəfli təşkil edilir.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan ərazilərdə hərəkət zamanı diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına ciddi şəkildə əməl etmələri xahiş olunur.