Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub - VİDEO

Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olunub -  VİDEO backend

Şuşa şəhərində Zəfərin 5-ci ildönümü münasibətilə təşkil olunan konsert proqramından sonra möhtəşəm atəşfəşanlıq nümayiş etdirilib.

Apa-nın Qarabağ bürosunun məlumatına görə, Gəncə qapısı adlanan ərazidən atılan fişənglər şəhərin səmasını rəngarəng işıqlarla bəzəyib.

Atəşfəşanlıq Şuşa sakinləri və bayramı qeyd etmək üçün şəhərə gələn qonaqlar tərəfindən böyük coşqu və sevinc hissi ilə qarşılanıb.