85 yaşlı Demokrat Nensi Pelosi 2027-ci ildə siyasətdən gedəcəyini elan edib.
ABŞ Nümayəndələr Palatasının spikeri vəzifəsini icra edən ilk qadın 2026-cı ildə Konqresə namizəd olmayacağını və 2027-ci ildə səlahiyyət müddəti başa çatdıqdan sonra təqaüdə çıxacağını açıqladı.
Bu barədə Qaziler.az BBC-yə istinadən məlumat verir
"Ürəyimdə minnətdarlıq və səbirsizliklə, qürurlu nümayəndəniz kimi son ilimi səbirsizliklə gözləyirəm", - deyə Pelosi seçicilərinə video müraciətində bildirib.
85 yaşlı konqresmen qadının səlahiyyət müddəti 2027-ci ilin yanvar ayının əvvəlində başa çatır.
Siyasətçi 38 il Konqresdə xidmət edib. Pelosi ilk dəfə 1987-ci ildə Kaliforniya dairəsindən Nümayəndələr Palatasına seçilib və Nümayəndələr Palatasının spikeri vəzifəsini icra edən ilk qadın olub. O, bu vəzifəni iki dəfə tutub: 2007-ci ildən 2011-ci ilə və 2019-cu ildən 2023-cü ilə qədər.
O, Kaliforniyadan Nümayəndələr Palatasına 20 dəfə yenidən seçilib. Sonuncu dəfə 2024-cü ildə olub.
QAZİLER.AZ



