ƏƏSMN “YouTube”un gümüş plaketinə layiq görülüb

ƏƏSMN “YouTube”un gümüş plaketinə layiq görülüb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi “YouTube” kanalı izləyici sayı 100 mini ötdüyü üçün qurum “YouTube” platformasının gümüş plaketinə layiq görülüb.

Bu barədə Qaziler.az-a nazirlik tərəfindən məlumat verilib. 

Nazirliyin “YouTube” kanalının hazırda 115 mindən çox izləyicisi var. Kanal üzərindən ictimaiyyətin əmək və məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya, sosial xidmətlər, himayədar ailə, övladlığagötürmə və digər aidiyyəti fəaliyyət sahələrinə dair ardıcıl  məlumatlandırılması işləri aparılır.

Təqdim edilən xəbər və müsahibələr, maarifləndirici videomateriallar, həmçinin proaktiv məlumatlandırma məqsədli materiallar izləyicilər tərəfindən böyük maraqla qarşılanır. Ötən dövrdə Nazirliyin “YouTube” kanalı üzərindən paylaşılan 14 mindən çox videoya 33 milyondan çox baxış olub.

Son bir ayda isə Nazirliyin “YouTube” kanalına baxış sayı video və "shorts" bölməsi üzrə 400 minə çatıb.

“YouTube” kanalına keçid linki: https://www.youtube.com/@sosialgovaz