Bakıda Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının 18-ci iclası keçirilib.
"Report" xəbər verir ki, iclasda TDT Ağsaqqallar Şurasının sədri, Türkiyə üzrə təmsilçi Binali Yıldırım, Azərbaycandan Həsən Həsənov, Özbəkistandan Sodiqjon Turdiyev, Qazaxıstandan İkram Adırbek, Qırğızıstandan Apas Cumaqulov və Şimali Kipr Türk Respublikasından (ŞKTR) Oktay Öksüzoğlu, həmçinin TDT Baş katibin müavini Ömər Kocaman çıxış ediblər.
İclasda qurumun zirvə görüşləri, təşkilatdaxili məsələlər, türk dövlətləri arasındakı çoxşaxəli əlaqələr, eləcə də ortaq türk əlifbası və tarixi məsələləri müzakirə olunub.
                
					
					
					
					
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
                                                
