“Bakı Metropoliteni”nin yeni xidməti istifadəyə verilib - VİDEO

“Bakı Metropoliteni”nin yeni xidməti istifadəyə verilib - VİDEO backend

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC xidmət keyfiyyətinin artırılması məqsədilə daha bir yenilik edib.

QSC-dən AZƏRTAC-a bildirilib ki, sərnişin məmnuniyyətinin yüksəldiməsi istiqamətində görülən işlərin tərkib hissəsi kimi, Bakı metropolitenində 964 - Əlaqə mərkəzi fəaliyyətə başlayıb.

Texnoloji yeniliklərin rəqəmsal tətbiqi ilə yeni tərkib və formada xidmət göstərəcək Əlaqə mərkəzinin operatorları həftənin 7 günü, saat 07:00-dan 23:00-a qədər zəngləri cavablandıracaq. Mərkəzdə vətəndaşlardan daxil olan bütün sorğu, təklif və şikayətlər qeydə alınacaq və müvafiq qaydada yönləndirilməsi həyata keçiriləcək.

Əməkdaşlar operativ qaydada fəaliyyət göstərərək 15 saat fasiləsiz xidmət başında olacaqlar.