İsmayıllıda zəlzələ olub.
Qaziler.az bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, yerli vaxtla saat 18:03-də qeydə alınan yeraltı təkanların ocağı 4 kilometr dərinlikdə yerləşib.
Zəlzələ episentrdə 4 bal, Basqal, Lahıc qəsəbələrində, Əhən kəndində və ətraf yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.



