"İsmayıllı" yazılmış memarlıq kompozisiyası niyə sökülüb? - AÇIQLAMA

"İsmayıllı" yazılmış memarlıq kompozisiyası niyə sökülüb? - AÇIQLAMA backend

İsmayıllı rayonunda "İsmayıllı" sözü yazılmış memarlıq kompozisiyasının sökülməsinin səbəbi açıqlanıb.

Rayonun İcra Hakimiyyətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, söküntü Muğanlı-İsmayıllı yolunun genişləndirilməsi ilə əlaqədardır.

Qeyd edilib ki, Muğallı-İsmayıllı- Qəbələ avtomobil yolunun İsmayıllı şəhərindən keçən 41-44-cü kilometrliyində Ərəstun Mahmudov küçəsi ilə Nizami küçəsinin kəsişməsində yerləşən dairədə yenidənqurma işlərinin aparılması və yolun genişləndirilməsi nəzərdə tutulub:

"İcra hakimiyyəti tərəfindən həmin dairədə texniki təhlükəsizlik tədbirləri görülüb, sözügedən memarlıq kompozisiyası sökülərək ərazidən kənardaşdırılıb".