Naxçıvanda 50-dən çox şəxsə kiçik bizneslərini qurmaları üçün aktivlər verilib - FOTO

Naxçıvanda 50-dən çox şəxsə kiçik bizneslərini qurmaları üçün aktivlər verilib - FOTO backend

Naxçıvan şəhərində özünüməşğulluq proqramı çərçivəsində daha 50-dən çox şəxsə kənd təsərrüfatı və xidmət sahələri üzrə kiçik ailə bizneslərini yaratmaları üçün mal və materiallar formasında aktivlər təqdim edilib.

Qaziler.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə aktivlərin təqdim edilməsi tədbirində iştirak ediblər.  

Onlar aktivlərlə təmin edilən özünüməşğulluq proqramı iştirakçıları ilə görüşüb, həmin vətəndaşların verilmiş aktivlər hesabına quracaqları kiçik ailə təsərrüfatlarına dair planları ilə maraqlanıblar.

Anar Əliyev və Fərid Bağırzadə özünüməşğulluq proqramının dəstəyi ilə Naxçıvan şəhər sakini əlilliyi olan şəxs İsmayılov Elbəyi İqbal oğlu üçün avtomobil şinlərinin bərpası və təmiri üzrə qurulmuş kiçik təsərrüfata baxış keçiriblər.

Proqram iştirakçısı işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına imkan yaradılması, öz təsərrüfatlarını yaratmaları üçün göstərilən dəstəyə görə Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. 

Qeyd edək ki, ötən dövrdə Naxçıvan MR-də özünüməşğulluq proqramı çərçivəsində 3200-dən çox şəxs üçün kiçik ailə təsərrüfatları qurulub. 

Əməyin mühafizəsi sahəsində nümunəvi müəssisələrdən biri - “Cahan Holding”ə daxil olan ENNA şirkətində yaradılmış sağlam və təhlükəsiz əmək şəraitinə də baxış keçirilib.