Şəhid Zəbiyulla Məmmədovun xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib - FOTO

Şəhid Zəbiyulla Məmmədovun xatirəsinə həsr olunmuş filmin təqdimatı keçirilib - FOTO backend

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatında Vətən müharibəsi şəhidi Məmmədov Zəbiyulla Şahin oğlunun xatirəsinə həsr olunmuş filmin təqdimat mərasimi keçirilib.

Tədbir Dövlət Himninin səsləndirilməsi və şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb.

Film 229 saylı məktəbin təşkilatçılığı ilə ərsəyə gəlib. Filmin rejissoru isə Vətən müharibəsi iştirakçısı Nicat Cəlilovdur.

Sonra şəhidin həyat və döyüş yoluna həsr olunmuş film nümayiş olunub.

Çıxış edən YAP Nizami rayon təşkilatının sədr müavini Rəşadət Xalıqov, Nizami Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdiri Bəhman Hüseynov, Nizami Bələdiyyəsi sədrinin birinci müavini Heydər Rəhimov, Qərbi Azərbaycan İcmasının Nizami rayon nümayəndəliyinin rəhbəri Xəqani Səfərov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nizami rayon nümayəndəliyinin rəhbəri Ədhəm Məmmədov, Nizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev, 229 saylı məktəbin direktoru Vüsalə Məmmədova, direktor müavini Əminə Kərimova, şəhidin müəllimi Nərgiz Məmmədova və filmin rejissoru Nicat Cəlilov Zəbiyulla Məmmədovun Vətən qarşısında göstərdiyi igidlikdən danışıblar.

Vurğulanıb ki, Zəbiyulla Məmmədovun qəhrəmanlığı gənclərə vətənpərvərlik nümunəsidir və şəhidlərin xatirəsinin əziz tutulması dövlət siyasətinin əsas istiqamətlərindəndir.

Şəhidin atası Şahin Məmmədov göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

Tədbir xatirə fotosu ilə yekunlaşıb.