Birinci Qarabağ müharibəsində şəhid olan Mikayıl Əliyevin qalıqları Zirədə dəfn olunub

Birinci Qarabağ müharibəsində şəhid olan Mikayıl Əliyevin qalıqları Zirədə dəfn olunub backend

Birinci Qarabağ müharibəsində itkin düşən hərbçi şəhid Mikayıl Əliyevin nəşinin qalıqları ailəsinə təhvil verilib.

Apa xəbər verir ki, bu gün şəhidlə ailəsinin yaşadığı evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Xəzər rayonu, Zirə qəsəbəsi qəbiristanlığında dəfn olunub.

Əməkdar artist Rafael İsgəndərov jurnalistlərə açıqlamasında deyib ki, şəhid Mikayıl Əliyev çox vətənpərvər insan olub: “Şəhidin qardaşı ilə 1987-ci ildən dostluq edirik. Bizdən yaşca böyük idi. Qardaşı ilə mənə həmişə böyülüklük edirdi. 33 ildir gözümüz yolda idi. Şükür ki, tapıldı. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Mikayıl Əliyev 1968-ci ildə Bakıda anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.