Şəhid qardaşı: Son döyüşdə iştirakından sonra onun barəsində heç bir məlumat yox idi

Şəhid qardaşı: Son döyüşdə iştirakından sonra onun barəsində heç bir məlumat yox idi backend

Qalıqları tapılaraq bu gün dəfn edilən itkin-şəhid haqqında 33 il heç bir məlumat əldə edilməyib.

Bunu "Report"un Xocalıya ezam olunan əməkdaşına açıqlamasında oktyabrın 31-də dəfn edilən Birinci Qarabağ müharibəsinin itkin-şəhidi Çingiz Hüseynovun qardaşı Elxan Hüseynov deyib.

O, qardaşının Xocalıda könüllü özünümüdafiə dəstəsinin üzvü olduğunu xatırladıb:

"Həmin gecə bizi evdə qoyub döyüşə getdi və o gündən sonra qardaşımın taleyi barəsində heç bir məlumat yox idi. Şükür, heç olmasa, 33 ildən sonra onun qalıqları tapılaraq dəfn edildi. Qardaşımla qürur duyuram. Onun uğrunda şəhid olduğu Xocalıda dəfn edilməsi bizim üçün böyük xoşbəxtlikdir".