Suraxanı rayonu, Hövsan QTM-də (Qaz Tənzimləyici Məntəqə) aşkar olunmuş qaz sızmalarının ləğv olunması ilə əlaqədar 31.10.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
"Azəriqaz"dan verilən məlumata görə, təmir-bərpa işləri aparılan müddətdə Hövsan qəsəbəsi, Hövsan Bağlar yaşayış sahəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
