ETİMAD ƏSƏDOVDAN PUTİNƏ CAVAB: “ONLAR QAZİ OLA BİLMƏZLƏR”

ETİMAD ƏSƏDOVDAN PUTİNƏ CAVAB: “ONLAR QAZİ OLA BİLMƏZLƏR” backend

Bir neçə gün əvvəl Rusiya prezidenti Vladimir Putin hökumətə belə bir təkliflə çıxış etmişdi ki, Rusiyanın Suriyada döyüşüb yaralanan əsgərlərinə QAZİ statusu verilsin. Məsələ ilə bağlı Qarabağ Qazilər Birliyinin sədri Etimad Əsədovun fikirlərini öyrəndik.

E.Əsədov bildirdi ki, vaxtilə Əfqanıstanda döyüşən sovet əsgərlərinə müharibə əlili və başqa imtiyazlar verilmişdi. Amma Qazi müqəddəs müharibələrdə iştirak edib əlil olan şəxslərə verilən statusdur. “Yəni, müqəddəs müharibə dedikdə mən torpaq, Vətən uğrunda gedən döyüşləri nəzərdə tuturam. Rusiyanın Suriyada torpaqları yoxdur. Rusiya öz torpaqları uğrunda müharibə aparmır ki, Suriyada döyüşənlərə Qazi statusu versin. Qazi statusunu Azərbaycan Respublikası, Türkiyə Cümhuriyyəti öz döyüşçülərinə verə bilər, çünki onlar öz torpaqları uğrunda döyüşürlər.
Ümumiyyətlə, Qazi statusunun xristian dünyasına heç bir aidiyyatı yoxdur. Onlar Qazi ola bilməzlər”.