Göyçayda itkin şəhid Aydın Nuriyev dəfn edilib

Göyçayda itkin şəhid Aydın Nuriyev dəfn edilib backend

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Aydın Nuriyev dəfn edilib.

"Report"un yerli bürosu xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi rayonun Mırtı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Aydın Nəriman oğlu Nuriyev 1966-cı il noyabrın 4-də Göyçayın Mırtı kəndində anadan olub. 1992-ci il fevralın 26-da Xocalıda gedən döyüşlər zamanı itkin düşüb.

A.Nuriyev doğulduğu kəndin qəbiristanlığında dəfn ediləcək.