Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ - Sakinlərə kompensasiya veriləcək - VİDEO

Bakıda daha bir ərazidə binalar PLANA DÜŞDÜ - Sakinlərə kompensasiya veriləcək - VİDEO backend

Bakıda daha bir ərazidə binalar plana düşüb, söküntü işləri başlayır.

Qaziler.az Xəzər TV-yə istinadən xəbər verir ki, söhbət paytaxtın Nizami rayonundakı istismar müddətini başa vurmuş 5 mərtəbəli bir neçə yaşayış binasından gedir. Köhnə binaların sökülməsi sakinlər tərəfindən müsbət qarşılanır.

Layihəni həyata keçirən "Kursus Nizami" MTK-dan bildirilib ki, ərazidə 5 binanın söküntüsü baş tutacaq. 5 mərtəbəli köhnə binaları yeni, 16 mərtəbəli binalar əvəzləyəcək.

Qeyd olunub ki, sakinlərlə müqavilələr bağlanıb, buna uyğun olaraq bəziləri kompensasiya, bəziləri də inşa olunacaq yeni binadan mənzillərlə təmin olunacaqlar.

Qeyd edək ki, paytaxtın Binəqədi, Sabunçu və Suraxanı rayonlarında da istismar müddəti başa çatmış binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: