Sumqayıtda itkin şəhid Lətif Şahhüseynov dəfn edilib

Sumqayıtda itkin şəhid Lətif Şahhüseynov dəfn edilib backend

Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüseynov dəfn edilib.

"Report" xəbər verir ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşi Sumqayıt şəhəri Şəhidlər xiyabanında torpağa tapşırılıb.

 

*****

Sumqayıt şəhərində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Lətif Şahhüseynovla vida mərasimi keçirilib.

"Report" xəbər verir ki, vida mərasimində şəhidin doğmaları, Sumqayıtın rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Lətif Qəribalı oğlu Şahhüseynov 1969-cu il martın 12-də Sumqayıtda anadan olub. 1992-ci il iyunun 28-də Xocavənd rayonu, Qırmızı Bazar qəsəbəsi uğrunda gedən döyüşlər zamanı itkin düşüb.

L.Şahhüseynov Sumqayıt şəhəri Şəhidlər xiyabanında dəfn ediləcək.