İtkin şəhid Mübariz Şahmurovla vida mərasimi keçirilib

İtkin şəhid Mübariz Şahmurovla vida mərasimi keçirilib backend

Birinci Qarabağ müharibəsində itkin düşdüyü hesab edilən və şəxsiyyəti müəyyənləşdirilən Mübariz Ağahüseyn oğlu Şahmurovla vida mərasimi keçirilib.

"Report"un məlumatına görə, mərasim Bakıda şəhidin ailə üzvlərinə məxsus evdə baş tutub.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidin əmisi İsmayıl Şahmurov bildirib ki, Mübarizin qəlbində Vətən eşqi var idi:

"Mübarizin vətənpərvərliyi haqqında döyüş yoldaşları da danışırdılar. O, körpə uşaqlarını qoyaraq Vətən uğrunda döyüşdü və şəhid oldu".

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

Qeyd edək ki, M.Şahmurov 1992-ci il fevralın 26-da 29 yaşında Xocalıda şəhid olub.