Maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb

Maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb backend

Göygöldə maskalı şəxslər fermadan 62 baş xırdabuynuzlu heyvan oğurlayıb.

"Report"un məlumatına görə, hadisə rayonun Hacıməlik qəsəbəsində qeydə alınıb.

Belə ki, gecə saatlarında maskalı şəxslər 62 baş xırdabuynuzlu heyvanları oğurlayaraq naməlum istiqamətə aparıblar. Təsərrüfat sahibi Mahir Tağıyev bildirib ki, oğurluq hadisəsi təhlükəsizlik kameralarına düşüb. Məsələ ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır.