Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib

Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib backend

Xalq artisti Şahnaz Haşımova Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.

Qaziler.az xəbər verir ki, bu barədə Teleqraf-a oğlu Tural Abdullayev məlumat verib.

"Anamın vəziyyəti, şükürlər olsun, yaxşıdır. Gəncədəki özəl xəstəxanalardan birinə yerləşdirilib. Bizə dedilər ki, mütləq əməliyyat olunmalıdır. Sabah günün birinci yarısında əməliyyat olunacaq", - deyə xalq artistinin oğlu bildirib.