Neftçalada erkən nikahın qarşısı alınıb

Neftçalada erkən nikahın qarşısı alınıb backend

Neftçala rayonu ərazisində yerləşən şadlıq saraylarının birində oktyabrın 24-də 29 yaşlı şəxslə nikah yaşına çatmayan qızın planlaşdırılan toy mərasimi barədə polisə məlumat daxil olub.

Bu barədə DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib.

Tərəflərin valideynləri polis şöbəsinə dəvət olunaraq onlarla profilaktik və izahedici söhbətlər aparılıb, qanunvericiliyin tələbləri izah edilib.

Qanunvericiliyə uyğun olaraq mərasimin təşkil edildiyi şadlıq evinin sahibi barəsində isə inzibati tənbeh tədbiri tətbiq olunub.