Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib - SƏRƏNCAM

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib -  SƏRƏNCAM backend

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib.

"Report"un məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib.

Dövlət başçısının digər Sərəncamı ilə Sərdar Səfərova general-mayor rütbəsi verilib.

Qeyd edək ki, Prezidentin bundan əvvəlki imzaladığı sənədə əsasən, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.