Növbəti köç karvanı Xocalının Seyidbəyli kəndinə çatıb.
trend-in Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Doğma yurduna yola salınan köç karvanı Xocalı rayonunun Seyidbəyli kəndinə çatıb. Bu mərhələdə köçürülən 61 nəfərdən ibarət 18 ailəyə mənzillərin açarları təqdim edilib.
Mərasimdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri iştirak ediblər. Seyidbəyli kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib.
Daşbulaq kəndinə isə köçürülən 24 nəfərdən ibarət 8 ailəyə mənzillərin açarları təqdim edilib. Daşbulaq kəndində daimi yaşayış üçün köçürülən ailələrə fərdi yaşayış evlərində mənzillər verilib.
xxx
12:20
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
Trend-in Qarabağ bürosu xəbər verir ki, Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Seyidbəyli kəndinə 18 ailə - 61 nəfər, Daşbulaq kəndinə isə 8 ailə - 24 nəfər köçürülüb.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər.
Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.



