128 nömrəli məktəbdə yanğın baş verməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir - BŞTİ

 128 nömrəli məktəbdə yanğın baş verməsi ilə bağlı məlumatlar həqiqəti əks etdirmir - BŞTİ backend

128 nömrəli tam orta ümumtəhsil məktəbində yanğın hadisəsinin baş verməsi ilə bağlı məlumat həqiqəti əks etdirmir.

Bu barədə Bakı Şəhər Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, axşam saatlarında valideyn tərəfindən göndərilmiş fotoda məktəbin yandığı təsvir olunub. Məktəb rəhbərliyi tərəfindən binaya baxış keçirilib və məlumatın yanlış olduğu aşkarlanıb.

"Məktəbin həyətyanı ərazisindəki ağac qırıntılarının yandırıldığı məlum olub. Lakin yoxlama aparılana qədər Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə (112) məlumat verildiyindən aidiyyəti orqanlar məktəbə gəlib. Ərazidəki ağac qırıntılarının yanması söndürülüb, binaya və digər infrastruktura heç bir ziyan dəyməyib", - deyə məlumatda qeyd olunub.