Azərbaycanın ikinci peykinin orbitə buraxılması üzrə müqavilə imzalandı

Azərbaycanın ikinci peykinin orbitə buraxılması üzrə müqavilə imzalandı backend

"Azərkosmos" ASC və Fransanın "Arianespace" şirkəti Azərbaycanın ikinci telekommunikasiya peykinin - "Azerspace-2/Intelsat 38" - buraxılması üzrə müqavilə imzalayıblar.

Trend-in məlumatına görə, müqavilənin imzalanması bu gün "BakuTel-2015" Beynəlxalq telekommunikasiya sərgi-konfransı çərçivəsində baş tutub.

Xatırladaq ki, "Arianespace" şirkəti ll telekommunikasiya peykinin orbitə buraxılması üzrə tenderin qalibi olmuşdu.

Peykin 2017-ci ildə orbitə buraxılması gözlənilir.