Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Vüqar Əliyev şöbə müdirinin müavini vəzifəsinə təyin olunub.
APA-nın məlumatına görə, V. Əliyev mətbuat və informasiya orqanları ilə iş üzrə cavabdehlik daşıyacaq. Qeyd edək ki, V. Əliyev 2002-ci ildən Prezident Administrasiyasında çalışır. 2005-ci ildən ictimai-siyasi şöbənin mətbuat və informasiya orqanları ilə iş sektoruna rəhbərlik edib.Prezident Administrasiyasında YENİ TƏYİNAT

