Xalq artisti Ramiz Quliyevlə Beynəlxalq Muğam Mərkəzində vida mərasimi keçirilir.
"Report" xəbər verir ki, mərasimdə Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəni-ictimai şəxslər, mərhumun ailə üzvləri, sənət dostları və media mənsubları iştirak edirlər.
Xatırladaq ki, Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev oktyabrın 15-də 78 yaşında vəfat edib.