"Səhhətimdə problemlər yaranıb".
Qaziler.az xəbər verir ki, bu barədə "Unikal"a açıqlamasında Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin sabiq birinci müavini İsmayıl Hüseynov deyib.
O bildirib ki, səhhətindəki problemlərlə bağlı həkim yoxlanışından keçib:
"Boynumda yırtıq yaranıb. Artıq bu səbəbdən işləyə bilmirəm", - deyə İ.Hüseynov bildirib.
13:36
Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifəsindən azad olunub.
Qaziler.az "Bakupost"a istinadla xəbər verir ki, o öz ərizəsi ilə işdən çıxarılıb.
İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018-2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib. 2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi.