Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirmək və dövlətə xəyanətdə ittiham olunur - YENİLƏNİB

Ramiz Mehdiyev dövlət hakimiyyətini ələ keçirmək və dövlətə xəyanətdə ittiham olunur -  YENİLƏNİB backend

Ramiz Mehdiyevin hansı cinayətlərdə ittiham edildiyi məlum olub.

Apa xəbər verir ki, Ramiz Mehdiyev Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.


***
22:19

Bakı şəhəri Səbail rayon məhkəməsi Mehdiyev Ramiz Ənvər oğlu barədə cinayət işi üzrə qərar qəbul edib.

 “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, qərara əsasən məhkəmə xüsusilə ağır cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb edilmiş Ramiz Mehdiyev barədə verilmiş vəsatəti təmin edərək, 4 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçib.

Qeyd edək ki, R.Mehdiyev 1995–2019-cu illərdə Prezident Administrasiyasının rəhbəri olub. 2019–2022-ci illər arasında isə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti vəzifəsini icra edib.