Oktyabrın 14-də Xocalı rayonunun Şuşakənd kəndində növbəti köç mərhələsi həyata keçirilib. Bu mərhələdə kəndə 27 ailə, 116 nəfər köçürülüb və onlara mənzillərin açarları təqdim olunub.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, açarların təqdimat mərasimində çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov vurğulayıb ki, sakinlərin rahat yaşayışı və məşğulluğunun təmin olunması dövlətin əsas prioritetlərindəndir və vətəndaşların işlə təminat məsələsi aidiyyatı dövlət qurumlarının nəzarətindədir.
Xatırladaq ki, bundan əvvəlki mərhələlərdə Şuşakənd kəndinə 15 ailə köçürülüb. Beləliklə, indiyədək kənddə ümumilikdə 42 ailə məskunlaşdı.
*****
12:43
Xocalı rayonunun Şuşakənd kəndinə növbəti köç karvanı yola salınıb.
"Report" xəbər verir ki, bu gün Şuşakənd kəndinə 27 ailə (116 nəfər) köçürülür.
Bununla da kəndə köçürülən ailələrin sayı 42-yə (175 nəfər) çatacaq.















