Azərbaycan Ordusunun baş giziri vəfat etdi - FOTO

Azərbaycan Ordusunun baş giziri vəfat etdi - FOTO backend

Azərbaycan Ordusunun baş giziri Bəhruz Bəybala oğlu Cəfərov vəfat edib.

Oxu.Az xəbər verir ki, hərbçi ürəktutmasından ölüb.

Qeyd edək ki, əslən Neftçaladan olan Bəhruz Cəfərov 2016-cı ildə Aprel döyüşlərində, 2020-ci ildə Vətən Müharibəsində, 2022 və 2023-cü illərdə Antiterror əməliyyatlarında iştirak edib.

O, "Suqovuşanın azad olunmasına görə" və "Ağdamın azad olunmasına görə" medalları ilə təltif olunub.

Ailəli olub, 2 övladı var.