Ədliyyə orqanlarına qəbulla bağlı müsabiqənin ikinci mərhələsi başlayır

Ədliyyə orqanlarına qəbulla bağlı müsabiqənin ikinci mərhələsi başlayır backend

Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı iyulun 13-də keçirilmiş test imtahanında müvəffəqiyyət qazanmış namizədlər üçün müsabiqənin ikinci mərhələsi başlayır.

Nazirliyin Mətbuat xidmətindən verilən xəbərə görə, müsabiqə Komissiyası bildirir ki, həmin şəxslərin sənədləri toplanılaraq yoxlanılıb. Oktyabrın 17-dən “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanunla müəyyən edilmiş tələblərə cavab verən namizədlərlə bu mərhələdə söhbət keçirilməsinə başlanılacaq.

Söhbət Nazirliyin inzibati binasında (ünvan: Bakı şəhəri, İnşaatçılar prospekti, 1) fərdi qaydada keçiriləcək və onun vaxtı barədə hər bir namizədə əvvəlcədən məlumat veriləcək.

Qanunvericiliyə əsasən müsabiqənin nəticələrinə görə uğur qazanmış hüquqşünaslar peşə fəaliyyətinə buraxılması məqsədilə Ədliyyə Akademiyasında icbari təlimə cəlb ediləcəklər. Təlimin yekunları üzrə imtahandan müvəffəqiyyətlə keçən namizədlər qulluğa qəbul olunacaqlar.

Əlavə məlumatları (012) 538-01-62, (012) 538-08-85 nömrəli telefonlar vasitəsilə əldə etmək mümkündür.