Yazıçı və jurnalist Nizami Rəhmanlı vəfat edib.
Oxu.Az xəbər verir ki, o bu gün 74 yaşında dünyasını dəyişib.
Nizami Rəhmanlı əmək fəaliyyətinə AzTV Komitəsində başlayıb və "Azərbaycan", "Respublika" və "Panorama" qəzetlərində çalışıb.
Azərbaycan Yazıçılar Birliyinin üzvü olan jurnalist onlarla kitabın müəllifidir.