Yollarında görünüş məsafəsi məhdudlaşacaq

Yollarında görünüş məsafəsi məhdudlaşacaq backend

Azərbaycanın avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd olunub ki, oktyabrın 13-də bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağıntılı və dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 300-800 metrədək məhdudlaşacağı gözlənilir.