Ağdərəyə səfər edən itkinlərlə bağlı beynəlxalq konfrans iştirakçıları kütləvi məzarlıqda olublar.
Trend xəbər verir ki, konfrans iştirakçılarına Ağdərə rayonunun Ballıqaya kəndi ərazisində əvvəllər döyüş mövqeyi olmuş yüksəklikdə 10-dan artıq Azərbaycan hərbçisinə aid olması ehtimal edilən meyit qalıqlarını göstəriblər.
Məlumat verilib ki, ərazi Birinci Qarabağ müharibəsi zamanı döyüş mövqeyi olub. Ermənistan dövləti müharibə qanunlarına zidd gedərək meytleri təhvil verməyib. Eyni zamanda qaydalara uyğun dəfn edilməyib.


