Xankəndidə tibbi aksiya keçirilib - FOTO

Xankəndidə tibbi aksiya keçirilib - FOTO backend

Oktyabrın 10-da Xankəndi şəhərində əhali üçün səyyar tibbi aksiya təşkil olunub. Aksiya Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutu tərəfindən həyata keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən məlumata görə, aksiya çərçivəsində ağciyər və tənəffüs sistemi ilə bağlı müxtəlif xəstəliklərin profilaktikası və erkən diaqnostikası məqsədilə müayinələr aparılıb.

Həmçinin həkimlər sakinlərə fərdi konsultasiyalar və sağlam həyat tərzi ilə bağlı tövsiyələr veriblər. Aksiyanın əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə yaşayan əhalinin sağlamlığının qorunması, profilaktik tibbi maarifləndirmənin gücləndirilməsi və ixtisaslı tibbi xidmətə çıxış imkanlarının artırılmasıdır.

Qeyd edək ki, bu kimi səyyar tibbi aksiyalar işğaldan azad olunmuş  rayonlarda mütəmadi olaraq həyata keçirilir.