Əsgərin ölüm faktı üzrə cinayət işi BAŞLANILDI

Əsgərin ölüm faktı üzrə cinayət işi  BAŞLANILDI backend

Hərbi qulluqçunun ölüm faktı üzrə cinayət işi başlanılıb.

Qaziler.az xəbər verir ki, Hərbi Prokurorluqdan (HP) verilən məlumata əsasən, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İbrahimli Əli Ramin oğlunun 05.10.2025-ci il tarixdə ölüm faktı əsasında hərbi prokurorluğun əməkdaşları tərəfindən müvafiq baxışlar keçirilib.

Ölüm səbəbinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin olunub, eləcə də digər zəruri prosessual hərəkətlər icra edilib.

Faktla bağlı HP da cinayət işi başlanıb, hazırda istintaq davam etdirilir.