İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində beynəlxalq konfrans keçirilir

İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində beynəlxalq konfrans keçirilir backend

Gülüstan sarayında İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində "İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi" mövzusunda beynəlxalq konfrans keçirilir.

"Report" xəbər verir ki, tədbir Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə keçirilir.

Konfransda Dövlət Komissiyasının sədri Əli Nağıyevlə yanaşı, İtkin Düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın Baş direktoru Katrin Bomberger, Beynəlxalq Humanitar Hüquq İnstitutunun prezidenti Giorgio Battisti, Gürcüstan, Xorvatiya, Türkiyə, Moldova və başqa ölkələrdən nümayəndələr iştirak edirlər.